İncəsənət
İncəsənət

“Axmaq, səviyyəsiz adamlardır” - Qalmaqal

“Axmaq, səviyyəsiz adamlardır” - Qalmaqal

Xalq artisti Rasim Balayev Əməkdar incəsənət xadimi Ayaz Salayev və Xalq artisti Şeyx Əbdül Mahmudovun onun haqda səsləndirdiyi tənqidi fikirlərinə münasibət bildirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri OLAY-a açıqlaması zamanı ona irad bildirən rejissorlara cavab verib:

“Onlara nə cavab verim? Axmaq, səviyyəsiz adamlardır. Məni camaat seçib. Özü də bizdə legitimdir, o birisi təyinatladır. Onlara cavab vermək istəmirəm. Əhəmiyyətsiz insanlardır. Hər dəqiqə bir dondan o birinə girən adamlardır. Bu haqda heç nə deyə bilmərəm”.

R. Balayev həmçinin kino aləminin iki hissəyə bölünməsi ilə bağlı səsləndirilən fikirlərdən də danışıb:

“Kino aləmi var? Yoxdur! Kinoda əsas çəkilişdir. O da yoxdur. Kino çəkilişi olmasa, bu ittifaq nəyə lazımdır? Çəkiliş olmalıdır. O da hələ ki yoxdur. Agentlik yaradıblar, görək onlar nə edəcək. Amma çəkiliş olmasa, ittifaq da heç nəyə lazım deyil”.

Qeyd edək ki, A. Salayev  “Yeni Müsavat”a açıqlamasında R. Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsinin heç nəyi dəyişməyəcini deyib. Şeyx Əbdül Mahmudov isə Lent.az-a Rasim Balayevin kinoya xəyanət etdiyini, kinonun sahibinin rejissorlar olduğunu söyləyib. Onun fikrincə, Balayev bu işlə razılaşmamalı idi.