Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının binasında yenidənqurma işlərinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS- məlumat yayıb.
Qeyd olunub ki, Dərbənd hakimiyyəti Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulmasına başlayıb. Şəhər başçısı Rustambek Pirmaqomedov obyektin yenidən qurulması işləri ilə tanış olub.