Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.
OLAY yazır ki, bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.
O bildirib ki, şairin müalicəsi Mərkəzi Klinikada aparılır.
Xatırladaq ki, 95 yaşlı N.Həsənzadə ötən gün xəstəxanaya yerləşdirilib.