Türkiyəli keçmiş milli qapıçı və məşqçi Volkan Demirel həyat yoldaşı Zeynep Sever Demirel və uşaqları Yade, Yeda və Yasmin ilə birlikdə tətildədir.
OLAY yazır ki, Zeynep Sever Demirel qızları ilə birlikdə dənizə girib. Bu vaxt Volkan Demirel iti ilə birlikdə dənizə daxil olmaq istəyib.
Lakin o, iti ilə dənizə doğru gedərkən bir vəzifəli şəxs tərəfindən dayandırılıb və həmin ərazidə itlərin dənizə salınmasının qadağan olduğu bildirilib.