Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov səhhətində yaranan problemlərlə əlaqədar müalicəsini davam etdirir.
OLAY yazır ki, sənətçi News24.az-a açıqlamasında yeriməkdə çətinlik çəkdiyini bildirib. Məlumata görə, ona Parkinson xəstəliyi diaqnozu qoyulub.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudov bir müddət əvvəl səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilmişdi.