Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyinat olub. 

OLAY yazır ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Səbinə Mehdiyeva bu vəzifəyə gətirilib.

O, 2021-ci ildən hazırkı təyinatınadək Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb.