İncəsənət
İncəsənət

Koronavirusa yoluxan Yaqub Zurufçunun son durumu

Koronavirusa yoluxan Yaqub Zurufçunun son durumu

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır".

Olay.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:

"Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfindən mütəmadi nəzarət olunur".

Qeyd edək ki, Əməkdar artist hazırda qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Onun ağciyərlərində koronavirusla bağlı ikitərəfli pnevmoniya, 80% buzlu şüşə və hipoksemik tənəffüs çatışmazlığı qeydə alınıb.