“Avroviziya 2026”nın bolqarıstanlı qalibi DARA “DreamFest 2026” festivalından imtina edib.
OLAY yazır ki, bu barədə sənətçi özü açıqlama verib. O bildirib ki, bu qərarı, festivalda iştirakı ilə bağlı sosial şəbəkələrdə ona qarşı yazılan kəskin tənqidlərdən sonra qəbul edib.
DARA izləyicilərinin və pərəstişkarlarının rəylərini nəzərə alaraq layihədən çəkildiyini bildirib.