Xəstəxanaya yerləşdirilən influenser Aysel Şükürün vəziyyəti yaxşılaşıb.
OLAY yazır ki, Aysel instaqramda paylaşım edib və zəhərlənmə səbəbini açıqlayıb:
“Yazıb maraqlanan hər kəsə təşəkkür edirəm. Hələ tam özümə gəlməmişəm. Gecəni xəstəxanada keçirmişəm. Çox pis zəhərlənmişəm. Mağazadan küncütlü çubuq almışdım. Yeyəndə hiss etdim ki, nəsə dadı fərqlidir. Hətta soruşdum ki, bunun vaxtı keçib? Elə bil hava keçmişdi, nəm idi dadı. Dedilər ki, yoxdu, mən də yedim. Səhərə yaxın yerimdən durub qaytarmağa başladım. Ondan sonra olanlar oldu. Qızdırmam 39 idi. Yenə o biri dünyanı gördüm, qayıtdım. Tam özümə gəlməmişəm, amma indi bir az yaxşıyam”.