Sosial media fenomeni Dilan Polatin milyonlarla izləyicisi olan rəqəmsal hesablarına giriş məhdudiyyəti tətbiq edilib.

OLAY yazır ki, qərar çərçivəsində Polatın “İnstagram”, “TikTok”, “Facebook” və “YouTube” hesablarının, həmçinin ehtiyat hesablarının da bağlanacağı bildirilib.

Qərarı ictimaiyyətə açıqlayan vəkil Melih Demirer təxminən 1,5 milyon izləyicisi olan ehtiyat “Instagram” hesabı da daxil olmaqla bütün sosial media platformalarına giriş məhdudiyyəti qərarı verildiyini deyib.