WOW
WOW

Eminin adı ilə fırıldaqçılıq etdilər

Eminin adı ilə fırıldaqçılıq etdilər

Xalq artisti Emin Ağalarov instaqramda pərəstişkarlarını fırıldaqçılardan xəbərdar edən paylaşım edib.

OLAY yazır ki, sənətçi  hesabında Emin Ağalarov Fondunun dəstəyi ilə görünən investisiyalarla bağlı təlim video kursunun reklam yayımının skrinşotunu təqdim edib.

Sözügedən paylaşımda Azərbaycanın bayrağı, iş adamının şəkli əks olunub. 

Afişada “Məqsədim hər bir Azərbaycan sakininə, sanki öz adamım kimi kömək etməkdir”,- sözləri yazılıb. 

Ağalarov sözügedən posterin “saxta” olduğu qeyd edib.