Arı
Arı

İşdə fürsət, karyerada yüksəliş.... - Bürcləri nələr gözləyir?

İşdə fürsət, karyerada yüksəliş.... - Bürcləri nələr gözləyir?

Sentyabr ayı ilə bərabər yayla vidalaşır, sonbahara qucaq açırıq. Bəs bu ay bürcləri nələr gözləyir?

OLAY sentyabr üçün bürc proqnozlarını təqdim edir:

Qoç – 1 sentyabrda Saturnun Balıqlar bürcünə keçməsi bu həftə sizdə diqqət yayınması, yuxusuzluq və ya gündəlik işlərinizi pozan kiçik sağlamlıq problemləri olaraq təsirini göstərə bilər. Yarımçıq qalan vəzifələr, münasibətlərdəki boşluqlar, xüsusən iş və şəxsi həyatda təxirə salınmış mövzular gündəmə gələ bilər. İşinizi dəyişə və ya yeni işə başlaya bilərsiniz.

Buğa – Merkurinin Qız bürcünə keçməsi sizə zövqlərinizə daha şüurlu baxmaq üçün vaxt gətirəcək. Sizə zövq verəcək məşğuliyyətlər, öz hobbiləriniz və ya öz sevdiklərinizlə daha çox vaxt keçirə bilərsiniz. Laqeyd qoyduğunuz əlaqələr və ya layihələr son altı ayda əldə etdiyiniz təcrübələrlə birlikdə yenidən gündəmə gələ bilər. Münasibətinizi bitirmək və ya yeni münasibətə başlamaq barədə düşüncələr olacaq.

Əkizlər – 1 sentyabrda Saturnun Balıqlar bürcünə keçməsi iş həyatınızda yenidən planlaşdırmalı olduğunuz sahələri sizə xatırladacaq. 21 sentyabrdakı Günəş tutulmasından sonra ailə ilə münasibətlər, yaşadığınız yer və ya uzun müddətdir həll olunmağını gözləyən məsələlər gündəmə gələcək. Evinizdə kiçik dəyişikliklər ola bilər. İş həyatınızda sonlanmalar və ya dəyişikliklər ola bilər.

Xərçəng – bu həftə yaxınlarınızla əlaqələrdə daha diqqətli olmalısınız. Səhv seçilmiş kiçik bir söz, tələsərək verilmiş qərar sizə problem olaraq geri dönə bilər. Ona görə sözlərinizi seçərək danışmağa diqqət göstərin. Yaxın günlərdə bir yaxınınızla aranızda olan inciklik gündəmə gələ bilər. Səyahətə çıxa bilərsiniz. Ev, əmlak məsələlərinə qarşı diqqətli olun. Ay sonunda sevgi həyatınız canlanacaq.

Şir – bu ay diqqətinizi maliyyə məsələlərinə və gəlirinizə yönəldəcəksiniz. Sentyabrın 4-dən dekabrın sonuna qədər sağlamlığınıza diqqət yetirməlisiniz. Sentyabrın 18-də olacaq Ay tutulmasından sonra ödənişlər, vergilər, kreditlər, borclar, alimentlər və miras kimi vacib məsələlər gündəmə gələ bilər. Səyahətlər, yeni ünsiyyətlər gündəmdə ola bilər.

Qız – bu ay sizin üçün olduqca əhəmiyyətlidir. Sentyabrın 3-dən etibarən bədəniniz, sağlamlığınız, şəxsi və iş həyatınızla bağlı mühüm qərarlar verə bilərsiniz. Ancaq şəxsi həyatınızda və münasibətlərinizdə, müqavilə və tərəfdaşlıqlarda bəzi problemlər yarana bilər. İctimai və sosial həyatınızda kifayət qədər aktiv olacaqsınız. Sentyabrın 18-dən sonra yeni bir eşqə başlaya və ya mövcud olan münasibətinizi sonlandıra bilərsiniz.

Tərəzi – sentyabrın ilk həftəsi istirahət və tək vaxt keçirmək üçün sərfəli olacaq. Ruhani məsələlərə girə və özünüzdə bilmədiyiniz cəhətləri kəşf edə bilərsiniz. İmmunitet sisteminizi güclü tutun. Səhhətlə bağlı kiçik problemlər yarana bilər. İş və təhsil mövzularında dəyişiklik ola bilər.

Əqrəb – sentyabrda kifayət qədər sosial olacaqsınız. Özünüzü işdə daha yaxşı ifadə edə, maaşınızı artıra, tədbirlərdə və təşkilatlarda iştirak edə bilərsiniz. Beynəlxalq məsələlər, səyahət, təhsil, ticarət, media ilə bağlı problemlər gündəmə gələ bilər. Münasibətlərdə şansınız artır. Şəxsi qayğıya və alış-verişə üstünlük verə bilərsiniz.

Oxatan – bu ay işiniz və karyeranız ön plandadır. Vacib görüşləriniz olacaq, yüksəliş əldə edə bilərsiniz. Sentyabrın 3-dən Yeni Ayla birlikdə yeni layihəyə başlaya, kariyeranızı yüksəldə bilərsiniz. Bəzi Oxatanlar əməliyyat oluna bilər. Sentyabrın 18-dən sonra evi və ya ölkəni tərk edə, evdən köçərək evinizi sata və ya icarəyə verə bilərsiniz. Ayın sonlarına doğru ictimai həyatınız canlanacaq, gələcək planlarınızı sürətləndirə bilərsiniz.

Oğlaq – sentyabrda ünsiyyət, media, səyahət, ticarət və təhsillə bağlı mövzular gündəm olacaq. Yaxın ətrafınızda olan insanlarla problemlərinizi həll edəcəksiniz. Partnyorunuzla aranızda fikir ayrılıqları ola bilər. Sentyabrın 26-dan sonra karyera və statusunuzla bağlı mühüm qərar verə bilərsiniz. İşinizdə və karyeranızda yeni dövr başlayacaq.

Dolça – sentyabr ayında maliyyə məsələləri, kreditlər, borclar, alimentlər və miras məsələləriniz gündəmdə olacaq. İşdə kifayət qədər aktiv olacaqsınız. Mədə və dəri xəstəlikləri ilə üzləşə bilərsiniz. Ayın sonuna doğru diqqətinizi sizə sevinc gətirən şeylərə yönəldəcəksiniz. Səyahət edə və ya uzaqda yaşayan tanışlarınızdan xəbər ala bilərsiniz.

Balıqlar – bu ay əlaqələr önəmlidir. Sentyabrın 3-də Yeni Aydan sonra nişan, evliliklə bağlı qərar verə və ya yeni münasibətə başlaya bilərsiniz. Eşq həyatınızda sürətli inkişaflar baş verəcək. Enerjinizi yaradıcı axtarışlara yönəldəcəksiniz. Sağlamlığınıza diqqət edin, pis vərdişlərdən və asılılıqlardan qurtulmağın tam zamanıdır. Sentyabrın 23-dən sonra səyahətə çıxa bilərsiniz.

Fəridə Azər