WOW
WOW

“Sayənizdə öyrəndik ki, ailə ən böyük dəyərdir”

“Sayənizdə öyrəndik ki, ailə ən böyük dəyərdir”

Əməkdar artist Dilarə Əliyeva qayınatası, Xalq artisti Vidadi Əliyevlə bağlı paylaşım edib.

OLAY yazır ki, aktrisa qayınatasının 80 illik yubileyinə təbrik yazıb:

“80 il ömür, 80 il zəhmət, fədakarlıq, mərhəmət… Hər addımında bizə örnək oldunuz, hər çətinlikdə gücünüzü bizə verdiniz. Sizin sayənizdə öyrəndik ki, ailə ən böyük dəyərdir, insanı ucaldan onun əməli və vicdanıdır. Hər kəsin arxasında dayanacaq bir dağ axtardığı yerdə, bizim dağımız, kölgəmiz, dayağımız Siz oldunuz. Sizə uzun ömür, möhkəm can sağlığı və hüzurla dolu illər arzulayıram. Qoy qarşınızdakı bütün yollar nurlu, evimiz isə hər zaman Sizin müdrik sözlərinizlə işıqlansın. Sizi çox sevirik, əziz atamız! Doğum gününüz mübarək!”.