WOW
WOW

“Molla rejimi məni narahat etdi”

“Molla rejimi məni narahat etdi”

Aparıcı Zaur Kamal İranda baş verən hadisələrə münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, “Həmin Zaur” verilişində danışıb.

O, proqramda Cənubi azərbaycanlı soydaşlarımıza səslənib:

“Cənubi Azərbaycanda baş verən hadisələr bir aparıcı kimi məni də sarsıtdı. Özümə borc bildim, bu məsələdən yan qaça bilməzdim. Bütün Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza salamlar çatdırırıq. Onları çox istəyirik, sevgimiz sonsuzdur. Hər dəfə Novruz bayramında Təbrizdən, Ərdəbildən nə qədər bizi sevən tamaşaçılar gəlir. Son hadisələrə biganə qala bilmərəm. Oradakı vəhşilik, molla rejiminin özünü göstərməsi məni narahat etdi. İnşallah hər şey yaxşı olacaq. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın bir istəyi var ki, hüquqları tapdalanmasın. Mənə elə gəlir ki, bu məsələyə də son qoyulacaq, bizim qəlbimiz sizinlə döyünür”.

Qeyd edək ki, İranda etiraz aksiyasında qadınlar qətlə yetirilib.