Billi Ayliş dünən Mayamidə keçirilən konserti zamanı tamaşaçılardan birinin hücumuna məruz qalıb.
OLAY yazır ki, məşhur müğənni pərəstişkarları ilə təmas qurmaq üçün səhnə baryeri boyunca gəzərkən, naməlum şəxs onun qolundan güclə çəkib və Billi tarazlığını itirib. Hadisədən dərhal sonra təhlükəsizlik əməkdaşları həmin şəxsi ərazidən uzaqlaşdırıblar.