WOW
WOW

35 kilo çəki atan Mətanət yenidən əməliyyat olunacaq

35 kilo çəki atan Mətanət yenidən əməliyyat olunacaq

Mədəkiçiltmə əməliyyatı ilə 35 kilo çəki atan Əməkdar artist Mətanət İsgəndərli yenidən bıçaq altına yatacaq.

OLAY yazır ki, bu barədə sənətçi “MTV Maqazin” verilişinə müsahibəsi zamanı deyib.

O, bildirib ki, estetik prosedurlara üz tutacaq:

“70 kilo çəkiyə düşsəm, ideal olar. Artıq çəkiləri atdıqdan sonra, plastik əməliyyata girəcəm. Üzgərmə və bədən korreksiyası əməliyyatı keçirəcəyəm. Bu yaşıma çatmışam, bir dəfə də olsun, plastik əməliyyat etdirməmişəm. “Liposaksiya” əməliyyatının isə qəti əleyhinəyəm. Dəfələrlə öz gücümə əməliyyatsız arıqlamışam. 30-35 kilo çəki atmışam. Gec yatıram, gecə yemək yeyirəm. Bizim normal həyatımız olmur. Gecə yuxusuz qalmağımız axırımıza çıxıb. Çox çəki aldığımdan qərara qəldim ki, mədəkiçiltmə əməliyyatı keçirim. Əməliyyatdan sonra 35 kilo arıqladım”.