Xalq artisti Rasim Balayev efirdə səslənən bayağı mahnılara irad bildirib.
OLAY yazır ki, bu barədə o, “Space Magazin”ə danışıb.
“Sənəti çox uculaşdırıblar, zövqləri korlayırlar. Tamaşaçıların zövqü korlanıb, ciddi söhbətə qulaq asa bilmirlər. Yalandan boş-boş “hır-hır” edirlər. Nə qədər belə musiqi olar? Özü də bəstəkar əsərləri deyil, hamısı toyxana mahnılarıdır. Bunları gedib toyda səsləndirin”, - deyə, aktyor vurğulayıb.