WOW
WOW

“Mən Tacirin tələbəsi olmamışam” - Xatirədən etiraz

“Mən Tacirin tələbəsi olmamışam” - Xatirədən etiraz

Müğənnilər Xatirə İslamla Tacir Şahmalıoğlu arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, buna səbəb Tacirin oğlu Şahmalının Xatirənin mahnısını ona demədən oxuması olub.  “Günə uğurla ” verilişində qonaq olan Tacirlə oğlunun açıqlamaları X. İslamı əsəbiləşdirib.

Belə ki, Xatirə T. Şahmalıoğlunun onun müəllimi olması ilə bağlı iddialarına qarşı  bunları söyləyib:

“Mən Tacir bəyin tələbəsi olmamışam. Ona böyük hörmətim var. Sadəcə hamı bilir ki, İslam Rzayevin tələbəsi olmuşam. Sadəcə gözümü açandan sənətkarların yanında böyümüşəm. Ondan da nələrsə götürmüşəm, amma tələbəsi olmamışam”.

Tacir isə iddia edib ki, Xatirəni onun yanına öyrətməsi üçün atası Novruz bəy gətirib:

“Ömür boyu yalan danışmaqdan qaçmışam, yalan danışan adam deyiləm. Xatirənin dediyi, İslam Rzayevə qədər idi. İslam Rzayevdən əvvəl atası onun əlindən tutub gətirmişdi. Necə onu yadından çıxardı? Novruz müəllim onu yanıma gətirdi ki, istəyirəm, qızıma ilk yönləndirməni sən edəsən. Mən də qəbul etdim, dedim, maşallah enerjili qızdır, tez bir zamanda populyar olacaq. Görürsünüz ki, bu gün də populyardır. Axı yadından çıxa bilməz. Bu, faktdır. Xatirəyə böyük hörmətim var, yaxşı qızdır, bacısının da toyunda olmuşam. Altı ay mənim yanımda olub toylara da aparmışam”.