WOW
WOW

Dədə Süleyman evini Nanəyə vəsiyyət edib

Dədə Süleyman evini Nanəyə vəsiyyət edib

Ötən gün 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlayıb.

OLAY yazır ki, yenicag.az-a açıqlama verən Aygün atasının dünyasını dəyişməzdən öncə vəsiyyət etdiyini bildirib:

“Atam vəfat etməzdən öncə mənə dedi ki, üç vəsiyyətim var, bunları mütləq şəkildə yerinə yetirərsiz. Vəsiyyət elədir ki, onu mütləq yerinə yetirməliyik. Birinci vəsiyyəti bu idi ki, Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini tanınmış aparıcı Nanə Ağamalıyevaya verək. Çünki atam ona hər zaman diqqət-qayğı göstərən Nanəni çox istəyirdi. Halal xoşu olsun, övlad olaraq halallığını verirəm. İkinci vəsiyyəti bu idi ki, onu anamın yanında dəfn edək. Demişdi, birdən məni Fəxri Xiyabanda dəfn etməyi məsləhət görərlər, buna görə dövlətimizə təşəkkür edərsiz, amma məni ananızın yanında dəfn edərsiz.
Üçüncü vəsiyyəti də mənimlə bağlıdır. Yaşadığı evi mənə bağışladı”.