WOW
WOW

Linetin “Eurovision” xəyalı xəyal ola bilər…

Linetin “Eurovision” xəyalı xəyal ola bilər…

Türkiyəli müğənni Linet İsraili “Eurovision”da təmsil etmək üçün “X Factor” yarışmasına qatılmışdı.

OLAY yazır ki, onun “Eurovision” təmsilçisi olma xəyalları suya düşə bilər. Buna səbəb isə sənətçinin bir neçə il əvvəlki görüntüləridir.

Belə ki, Linetin Mavi Mərmərə hücumuna qarşı mitinqdə İsrailə qarşı əks fikirlər bildirməsi onun namizədliyini təhlükəyə atıb.

Sosial mediada görüntüləri yayılan müğənni “Hər zaman sülhə inanmışam və musiqimi insanlar arasında körpü olaraq istifadə edirəm. Oradakı çıxışımın sonunda “Yaşasın qardaşlıq və birlik, yaşasında dünyada sülh” sözlərini demişəm”, - deyə, bildirib.

Şəbəkə istifadəçiləri isə iki yerə ayrılıb. Lineti tənqid edən israillilərlə yanaşı, ona sahib çıxanlar da var.