TV proqram
TV proqram

Linet Kamilaya rəqib oldu - VİDEO

Linet Kamilaya rəqib oldu - VİDEO

Türkiyənin məşhur müğənnisi Linet İsrailin Avroviziya mahnı müsabiqəsi üçün seçim turu olan “X Factor” yarışmasına qatılıb.  

OLAY yazır ki, ifası ilə münsiflər heyətinin üzvlərini heyran edən sənətçi növbəti tura keçib. 

Linet İsraili 2022- Avroviziya müsabiqəsində təmsil etməyi hədəflədiyini qeyd edib. İsrail əsilli müğənni yarışmada mahnını türk və ivrit dillərində səsləndirib. 

Qeyd edək ki, azərbaycanlı müğənni Kama Kamila da sözügedən yarışmaya qatılmış, növbətə mərhələyə vəsiqə qazanmışdı.