WOW
WOW

Nazirlikdən TikTok-un açılması xəbərinə reaksiya - Yenilənib

Nazirlikdən TikTok-un açılması xəbərinə reaksiya - Yenilənib

Azərbaycanda TikTok sosial şəbəkəsinin fəaliyyəti bərpa olunub. 

OLAY yazır ki, sözügedən platformaya sərbəst giriş mümkündür.

***

TikTok-a giriş yenidən məhdudlaşdırılıb.

***

TikTok-un ölkə ərazisində fəaliyyətinin bərpa olunması iddiası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən OLAY-a açıqlama verilib:

“Məlum olduğu kimi, “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində müraciət müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq”.

Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.