Bakıda məşhur restoranların birində keçirilən toy məclisi maraqla qarşılanıb.
OLAY yazır ki, bir çox yerli ulduzun səhnə aldığı gecədə türk müğənni Demet Akalın da çıxış edib.
Həmçinin təşkilatçılığını Seva Sultanın etdiyi dəbdəbəli məclisdə Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, İlqar Muradov, Əməkdar artist Xəyyam Nisanov səhnə alıb, Natiq Ritm Qurupu performans göstərib.
Gecənin çəkiliş məsələləri Zeynal Məmmədli ilə Garibova, aparıcılığı isə Nəsib Nura həvalə olunub.