Xalq artisti Miri Yusif ailəsi ilə birlikdə kamera qarşısına keçib.
OLAY yazır ki, onun xanımı, bloqer Nərgiz Mirbabayeva çəkiliş zamanı lentə alınan yeni fotoları sosial media hesabında paylaşıb.
Nərgiz paylaşımında ailə həyatının hər zaman ideal kadrlardan ibarət olmadığını qeyd edib:
“Ailə… Bu fotolara baxanda hər şey çox sakit və harmonik görünür. Amma etiraf edim ki, elə bu çəkiliş zamanı belə bir neçə dəfə mübahisə etməyə, bir-birimizdən inciməyə də macal tapdıq.
Ailə həmişə ideal kadrlar demək deyil. Bəzən mübahisə edirik, bəzən inciyirik, bəzən bir-birimizi anlamaq üçün zamana ehtiyacımız olur. Əsas odur ki, bütün bunların sonunda yenə bir-birimizi eşidə, anlaya və sevgiyə qayıda bilək.
Nə olursa-olsun, mənim üçün həyatda ən dəyərli olan ailəmdir. Hər halınızla sizi çox sevirəm, dəli ailəm”.
Qeyd edək ki, cütlüyün paylaşdığı ailə fotoları sosial şəbəkədə maraqla qarşılanıb.