Türk müğənni Güllünün şübhəli ölümü ilə bağlı məhkəmə işində yeni bir detallar ortaya çıxıb.
OLAY yazır ki, hadisə gecəsi evdə olan və daha sonra etirafçı kimi ifadə verən Sultan Nur Uluya aid olduğu bildirilən yeni səs yazısında onun niyə susduğuna dair diqqətçəkən ifadələr yer alıb.
Sultan Nur Ulu uzun müddət susmasının səbəbini “Çünki özünü elə parçalayıb ağlayırdı ki... Üstünü-filan soyunurdu. Dedim ki, Sultan, sənə kim inanacaq? Mən onsuz da bunu demişdim. Bir dəfə də dedim ki, ora qandallanmış vəziyyətdə girsəm, bildiyim bütün həqiqətləri danışacağam” deyə açıqlayıb.
Ulunun danışdıqları arasında müğənni Güllünün öldüyü günlə bağlı detallara da diqqət edilib. Onun iddiasına görə, həmin gün Tuğyan “Maltaka” mahnısının açılmasını istəyib. Sultan Nur Ulu deyib: “Dedi ki, “Maltaka”nı aç.” Mahnı açılanda Gül ana gəldi. “Maltaka”nı heç tanımırdım, hansı mahnı olduğunu belə bilmirdim. Soruşdum, dedim ki, “Tuğyan, niyə belə bir şey etdin?” Soruşanda ağlamağa başlayırdı.”
Sultan həmçinin Tuğyan Ülkem Gülterin rol oynadığını iddia edib. O, bu barədə belə deyib: “Mən də anamı itirmişəm. İnsanlar əzab çəkirlər. Amma Tuğyan çox gözəl rol oynayırdı. Oskar mükafatına layiq bir performans göstərirdi.”