Əməkdar artist Aybəniz Haşımova şəhid həyat yoldaşı Xalid Quliyev və qızı Aynişan Quliyeva ilə bağlə paylaşım edib.

OLAY yazır ki, A. Haşımova qızının Qarabağa getməsindən yazıb:

“34 ildən sonra atasının ruhu dolaşdığı torpağda... O, gün gəlib çatdı... Bu gün Aynım atasının şəhid olduğu torpağa 34 ildən sonra ilk dəfə qədəm qoydu. Bu yolu da çox gözlədik, bu günü də... Bütün Azərbaycan bu günü gözlədi. Nəhayət, küsmüş ruhların ruhu şad oldu... 1992-ci ildə Ağdərənin yeddi kəndinin azad olunmasında müstəsna xidmətləri olan, üç döyüş yoldaşını xilas edərkən mühasirədən qayıtdığı yolda Agdərənin Manikli kəndində minaya düşərək qəhrəmancasına şəhid olan millətin Qəhrəman oğlu,ruhu şad olsun... Bu gün balası, ruhunun dolaşdığı torpaqlarda, ayağının basdığı, uğrunda döyüşdüyü yerlərdə idi. Yəqin ki, ruhu onu izləyirdi... Yəqin ki, bütün şəhidlərimizin ruhu bu gün orada idi. Bu günü bizə yaşadan bütün şəhidlərimizin qarşısında dönə-dönə baş əyirik. Sizin yarımçıq qalan arzularınızı, sizin uğrunda can verdiyiniz torpaqları geri alan qəhrəman oğullarımızın qarşısında da baş əyirik. Şəhidlərimiz... Qazilərimiz... Haqqınız ödənməzdir. Siz ata-babalarınızın, dayılarınızın, bibilərinizin, əmilərinizin, xalalarınızın, bütün doğmalarınızın və ən əsası, Vətənimizin haqqını aldınız. Bu gün onların ruhları sevinir. Sevinir ki, nəhayət, haqq öz yerini tapdı. Sevinir ki, torpaqlarımız azaddır. Sevinir ki, bayrağımız o müqəddəs torpaqlarda dalğalanır. Kaş ki, atan sağ olaydı... Kaş ki, onun əlindən tutub bu torpaqlarda addımlayaydın, Aynim... Kaş ki, sənə: “Bala, bax, mən bu yerlərdə döyüşmüşəm..." - deyib, döyüşdüyü, qanını və canını verdiyi o cənnət torpaqları özü sənə göstərəydi... Amma eybi yox... Təki Vətən sağ olsun! Ruhun şad olsun, igid. Bu gün balanın ayağı sənin uğrunda can verdiyin torpağa dəydi. Bəlkə də 34 il sonra bu görüşə göydən baxdın... Və bəlkə də ürəyindən yalnız bir söz keçdi: Nəhayət, gəldin, balam... sonra,görüşdük...”.

“ 34 ildən sonra atasının ruhu dolaşdığı torpağda...” “ 34 ildən sonra atasının ruhu dolaşdığı torpağda...”