Havalar birdən-birə soyudu. Yayın istisindən, payızın küləkli, sərin günlərinə keçid etdik. Beləliklə gündəlik geyimlərinizdə, saçınızda, hətta makiyajınızda da dəyişiklik etməyin vaxtı gəlib çatdı.
Ötən dəfə payızın trend saç rənglərindən yazmışdıq. Bu dəfə isə sizin üçün 2022-2023 sonbahar-qış makiyaj trendlərini araşdırdıq.
OLAY bu payızın makiyaj trendlərini təqdim edir!
Qarşıdakı 6 ay üçün ən önəmli gözəllik metodunuz bərabər tonlar və təbii parıltı olacaq. Dərinizə möhtəşəm vurğu əlavə etmək üçün nəmləndirici təsirli baza və “mineral” pudra ilə işə başlaya bilərsiniz. Üzünüzdəki bəzi nahiyələri isə görüb keçməyin. Məsələn, boyun bölgəsi, qulaq, gicgah və göz ətraflarınız…
Bu sezon bardovi tonlarından makiyajınızda çox istifadə edəcəksiniz! Gündüzdən gecəyə qədər rahatlıqla istifadə olunan bu rəng makiyajınızın vazkeçilməzi olacaq.
Dəb həftələrinin makiyaj sənətçiləri gündəlik sonbahar-qış makiyajını parıltılı etməyi təklif edir. Almacıq sümüklərinizi aydınlatmaq sizi yetəri qədər məmnun etmirsə, göz ətraflarınıza da parıltı əlavə edə bilərsiniz.
Qarşıdakı aylarda şaftalı rəngləri də seçilənlər sırasında olacaq. Bu soyuq aylara yay havası ilə giriş edə bilərsiniz.
Görünüşünüzdə əsas diqqətçəkən hissə gözləriniz olsun istəyirsinizsə, bu trend tam sizə görədir. Artıq “pişik göz” efekti yarada, aylaynırlarınızı dumanlı göz makiyajı ilə tamamlaya bilərsiniz.