Yavaş-yavaş yayı yola salır, payızı qarşılamağa hazırlaşırıq. Bu aylarda saçımız istər günəşdən, istərsə də dəniz suyundan xeyli zərər gördü və rəngi dəyişdi. Elə isə payıza hazırlaşmağın vaxtıdır! Saçlarımızı yeniləmək, yeni rəngə boyamaq lazımdır. Bəs payızın trend rəngləri hansılardır?

OLAY sizə 2022-nin sonbaharında istifadə edə biləcəyiniz rəngləri təqdim edir!

Bu payızın trend rənglərində birinci yerdə türkcə desək, “bakır”, yəni mis tonları gəlir. Həm də bu rəng 2022-də heç olmadığı qədər iddialıdır! Dəbdəbəli qırmızı xalı “look”larından, milyonlarla izləyicisi olan influenserlərə qədər bu rəngdə görəcəyik. Bir sözlə soyuq payız günlərinə isti başlanğıc edin!

Payızın trend saç rəngləri!

Payızın trend saç rəngləri!

Yay fəslinin yüksəlişdə olan rəngi platin yerini isti sarı və karamel tonlarına verir. Artıq eyni tonda olan əsmər və sarışın rənglər keçmişdə qaldı. Saçınızda edəcəyiniz dəyişiklikdən əmin ola bilmirsiniz və “look”larınız ilə uyğun bir saç rəngi xəyal edirsiniz? Karamel tonları tam da sizin üçündür!

Payızın trend saç rəngləri!

Payızın trend saç rəngləri!

Qara!

Saçlarınzıda uzun müddət açıq sarı tonlarından istifadə edib, bu durumdan sıxılmısınızsa, kəskin dəyişiklik edin! Saç rənginiz vasitəsilə sərt və seksi ola bilərsiniz.

Payızın trend saç rəngləri!

Payızın trend saç rəngləri!

Tünd şabalıd rəngi ötən il olduğu kimi yenə trendədir. Payızda isə parıltılı sarı saçlarını  tünd şabalıdı rənglə dəyişən, Bekhemlərin gəlini Nikola Peltz-Bekhem  sizin üçün əsl ilham mənbəyidir.

Payızın trend saç rəngləri!

Payızın trend saç rəngləri!

Kontrast sarı!

2022-ci ilin payızında platin vurğularla saçı işıqlandırmaq əvəzinə fərqli tonlarla dərinlik və kontrast yarada bilərsiniz. Saçınızı tündləşdirmək istəyirsiz, lakin tamamilə dəyişmək istəmirsinizsə, bu sizin üçün ən uğurlusu olacaq.

Sarı saçlarınıza vurğular edərək yavaş-yavaş tündləşdirin.

Payızın trend saç rəngləri!

Payızın trend saç rəngləri!