Dünyaca məşhur aktyor Leonardo DiKaprionun 25 yaşlı sevgilisi Kamila Morronedən ayrılması müzakirə yaratmışdı. Onun hər sevgilisinin 25 yaşı tamam olanda ayrıldığı deyilmişdi.
OLAY yazır ki, sənətçinin yaxın dostu bu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, Leonardo evlilik və uşaq sahibi olmağı düşünmədiyi üçün bu addımı atır. DiKaprio fikirləşir ki, 25 yaşından sonra qadınlar evlənmək və övlad sahibi olmaq istəyir.