Xalq artisti Röya Ayxan yeni klipini təqdim edib.
OLAY yazır ki, sənətçinin ekranlaşdırdığı mahnı “Nuş olsun” adlanır.
Sözügedən bəstənin sözləri Altay Yaşara, musiqisi Fərid Kərimliyə məxsusdur.
Yeni klipin rejissoru Cəlal Kəngərli, prodüseri isə Kənan Bayramovdur. R. Ayxanın staylinqi üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.