Keçmiş futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin oğlu Bruklin növbəti açıqlaması ilə gündəm olub.
OLAY yazır ki, Nikola Petzlə evləndikdən sonra, istər xanımının soyadına keçməsi, istərsə də anası ilə həyat yoldaşı aarsındakı gərinliklə danışılan Bruklin bu dəfə döymələrindən bəhs edib.
Bədənində 100 tatto olduğunu qeyd edən Bekhem bildirib ki, onlardan 70-i Nikola üçündür:
“Hər dəfə ona görə döymə etdirəndə sevinir və kövrəlir. Onu təəccübləndirməyi sevirəm”.
Qeyd edək ki, Bruklin bu yaxınlarda “evli” yazısını dövmə etdirib. O, daha əvvəl də Nikolanın nənəsinin adını bədəninə həkk etdirmişdi.