Fotosessiya
Fotosessiya

Viktoriya Bekhem ilə gəlini arasında qalmaqal

Viktoriya Bekhem ilə gəlini arasında qalmaqal

Məşhur ingilis modelyer Viktoriya Bekhemlə aktrisa gəlini Nikola Peltz arasındakı gərginlik böyüyüb.

OLAY yazır ki, problemin ilk mərhələsi gəlinlik məsələsi olub.

Belə ki, Nikola toy mərasimində qayınanasının brendinə məxsus libas geyinmək istəyib. Lakin atelye dizayn və hazırlanma prosesini uzatdığı üçün Peltz məcburən “Valentino” markasının gəlinliyini geyinib. Bu da Viktoriya ilə aralarında soyuqluq yaranmasına gətirib çıxardıb.

Eyni zamanda aktrisanın məclisdən paylaşdığı fotolarda Bekhem yer almayıb. Bütün söz-söhbətlərə baxmayaraq Bruklin Bekhem xanımının tərəfini tutaraq onun adını sinəsinə döymə etdirib. Hətta Bruklin Nikolanın nənəsinin adını da bədəninə döymə etdirib. Onun bu addımı sosial şəbəkələrdə gündəm olub.

2-3 gün öncə Peltz kədərli üz ifadəsi ilə şəkil paylaşaraq “Sərt görünsəm də, kövrək tərəfim var. Üzərimə çox gəlməyin”,-deyə, qeyd edib.

Qalmaqala səbəb olan son hadisə isə N. Peltzin sosial şəbəkə hesabında anasının gənclik fotosunu bölüşərək “Mənim anam səninkindən daha seksidir” yazması olub.