WOW
WOW

Daha bir “giveaway” qalmaqalı - “4 mini zorla yığdıq”

Daha bir “giveaway” qalmaqalı - “4 mini zorla yığdıq”

Tanınmış bloqer-vizajist Məsi Rəhman dələduzluqda ittiham edilib. Belə ki, Məsi 176 min izləyicisi olan instaqram hesabında “giveaway” yarışması keçirdiyin elan edib.  

Yarışda beş hədiyyə təqdim edilib və ödəniş müqabilində sponsorlar cəlb olunub. Lakin, oyun vaxtı uzadıldığı üçün sponsorlar müsabiqənin şəffaflığından narahatlığını dilə gətiriblər. 

OLAY-a müraciət edən sponsor qeyd edib ki, həmin yarışın müddəti uzadılıb və vəd olunan izləyici sayına çata bilməyib:

“Əlli manat ödəniş etmişdik. Bizə dedilər ki, 8-10 min izləyici gələcək. Lakin 4 mini zorla yığdıq. Məsi yarışı 1 ay dayandırmadı. Gördük, nə izləyici sayında artım var, nə də yarış dayanır. Biz irad bildirəndən sonra "story" çəkdi ki, Mehinin də, Fatimənin də vaxtı yoxdur, özü də qalibi necə seçəcəyini bilmir. Amma camaatın pulunu rahat yeyir. Sonra da təşkilatçıların üstünə atdı”.

OLAY-a açıqlama verən bloqer isə belə bir durumun qətiyyən yaşanmadığını söyləyib:

“Yarışı təşkilatçılar edir. İndi də yarış keçirirəm, bundan əvvəl də iki yarış olub. Heç birində problem yaranmayıb, deyildiyi qədər artım gəlib. Bir neçə dəfə qalib olmayan izləyicilər də yazıb, şikayət ediblər. Deyirlər, guya hər yerdən blok etmişəm. Amma belədir də, bir nəfər razı olanda, 10 nəfər narazı qalır. Heç vaxt yarışımız 1 ay davam etməyib. Ən çoxu 20 gün davam edib. Başqa yarışlarda bir ayı keçib, hətta hədiyyə məsələsində də problem yaşayıblar”.