Konsert öncəsi mətbuat nümayəndələri ilə görüşən Serdar Ortaça 2019-cu ildə boşandığı keçmiş həyat yoldaşı Kloe Loqnan haqqında suallar verilib.
OLA yazır ki, Ortaç “Peşmanlıqlarınız arasında keçmiş həyat yoldaşınız Kloe də var?” sualına “Yox, əsla. Yaxşı ki, evlənmişəm, yaxşı ki, o olub” deyə cavab verib.
Memar Ferqus Hennessi ilə nişanlanan Kloe Loqnanın ana olmağa hazırlaşdığını öyrənəndə nə hiss etdiyi soruşulan Serdar Ortaç “Heç nə hiss etmədim. Allah ata-anası ilə böyütsün. Gözəl bir şeydir. Qismət belə imiş” deyə bildirib.
Sənətçi bir vaxtlar ata olmaq istədiyini də “İstədim, amma alınmadı” sözləri ilə ifadə edib.