Aktrisa Dakota Conson Meqan Foksun keçmiş sevgilisi və övladının atası, reper Kolson Beyker ilə münasibətdə olduğu barədə söz-söhbətlərə səbəb olub.
OLAY yazır ki, məlumata görə, cütlük birlikdə gecələyib. Onlar Dakotanın rəfiqəsi Teylor Sviftin mənzilində görüşüblər. Həmin vaxt müğənninin özü şəhərdə olmayıb. Daha sonra isə ulduzun mənzilindəki görüşdən sonra onlar bir otelə gedərək bütün gecəni orada keçiriblər. Məşhurların Teylor Sviftin toyunda tanış olduqları bildirilir.
Hazırda hər ikisi rəsmi olaraq subaydır. Belə ki, Dakota Conson yaxınlarda bir neçə ay birlikdə olduğu müğənni Taker Pilsberi ilə ayrılıb. Beyker isə daha əvvəl Meqan Foksla münasibətdə olub. Onların münasibətləri heç də asan olmayıb: cütlük hətta evlənməyi planlaşdırsa da, sonradan toy mərasimini ləğv edib. Təxminən bir il əvvəl Meqan Foks ondan bir qız övladı dünyaya gətirib və Beyker də uşağın tərbiyəsində fəal iştirak edir.