İngiltərənin gənc aktyoru Ceymi Bouer etirafı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi bir zamanlar narkotik istifadəçisi olduğunu etiraf edib:
“12,5 il öncə aludəçi idim. Özümə və sevdiklərimə zərər verirdim. Vəziyyətim o qədər pisləşdi ki, ruhi dispanserdə yatdım. İndi isə 7,5 ildir ayığam. Çox səhvlər etmişəm, ancaq hər gün yenidən başlamaq üçün bir şansdır”.
Qeyd edək ki, 33 yaşlı aktyor "Stranger Things", "Alatoranlıq", "Herri Potter" kimi ekran işlərində yer alıb.