WOW
WOW

Mabel Matizə cinayət işi açıldı

Mabel Matizə cinayət işi açıldı

Müğənni Mabel Matizlə bağlı cinayət işi açılıb.

OLAY yazır ki, Türkiyənin Daxili İşlər Nazirliyi məşhur müğənni Mabel Matiz barəsində Türk Cinayət Məcəlləsinin 226-cı maddəsi əsasında İstanbul Cümhuriyyət Baş Prokurorluğuna rəsmi şəkildə cinayət şikayəti təqdim edib.

Qeyd olunan 226-cı maddənin məzmunu belədir:  

“Ədəbsiz görüntü, yazı və ya sözləri media yolu ilə yayan və ya yayılmasına vasitəçilik edən şəxs altı aydan üç ilədək azadlıqdan məhrumetmə və beş min günə qədər inzibati pul cəzası ilə cəzalandırılır”.

Şikayətin səbəbi Mabel Matizin “Perperişan” adlı mahnısında yer alan bəzi ifadələrin ədəbsiz hesab olunması ilə bağlıdır. Mahnıya daha əvvəl Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti ilə giriş məhdudiyyəti qoyulmuşdu. Hazırda məsələ cəmiyyət və sənət camiəsində geniş müzakirə mövzusuna çevrilib.