WOW
WOW

“Mənim fəlsəfəm, sevgim də sənsən”

“Mənim fəlsəfəm, sevgim də sənsən”

Aparıcı-aktyor Şəhriyar Əbilov aktrisa Oksana Rəsulovaya yenidən sevgisini etiraf edib.

Belə ki, Oksana instaqram səhifəsində fəlsəfə elmləri doktoru Əbu Turxanın bu fikirlərini paylaşıb:

“Dənizdə məhəbbətin hər iki qütbü ehtiva olunur. Onun səma ilə görüşü ancaq üfüqdə baş tutur. Buna platonik məhəbbət də deyirlər. Onun yerlə görüşdüyü yerlərdə isə məhəbbətin başqa formaları ortaya çıxır”.

OLAY yazır ki, aktrisa sözlərinə belə davam edib: Çox marağlı fikirdir, lap “Ae Dil Hai Mushkil” mahnısından cümlələr yadıma düşdü. Fəlsəfə hər yerdədir”.

Rəsulovanın sözügedən postuna həyat yoldaşı Şəhriyar Əbilov şərh yazıb.

“Bu dəfə Əbu Turxan fəlsəfəsi mənə çox maraqlı gəldi. Bircə onu deyə bilərəm ki, mənim fəlsəfəm, sevgim də sənsən”,- deyə aparıcı bildirib.