WOW
WOW

Özgenin 66 minlik nikah “look”u

Özgenin 66 minlik nikah “look”u

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl məşhur cütlük olan aktrisa Özge Gürellə aktyor Serkan Çayoğlu Almaniyada evlənib.

OLAY yazır ki, Özgenin nikah mərasimində geyindiyi gəlinliyin və taxdığı aksesuarların qiyməti bəlli olub.

Sənətçinin atlaz parçadan tikilən bəyaz toy libası 15.800 türk lirəsidir (təxminən 1530 manat). Gürel kiçik mirvarilərlə bəzədilmiş incə görünüşlü ayaqqabısı üçün 28 min TL (təxminən 2713 manat) xərcləyib. Üzərində xırda qaşlar olan sırğası 16.182 türk lirəsidir (təxminən 1568 manat). Fotosessiya zamanı gözlərində olan ağ eynək isə ona 6045 türk lirəsinə (təxminən 586 manat) başa gəlib.

Beləliklə, O. Gürelin nikah görünüşünün ümümi məbləği 66.127 TL-dir ( təxminən 6400 manat).