WOW
WOW

2022-ci ilin 10 qaş trendi ilə tanış olun!

2022-ci ilin 10 qaş trendi ilə tanış olun!

Qaş trendləri sizi zaman-zaman daha gözəl göstərsə də, bəzən həqiqətən təhlükəli ola bilir. Bəzilərimiz qaş çəkərkən edə biləcəyimiz ən kiçik səhvin tamamilə pis görünüşə yol açdığını təcrübədə öyrənib, bəzilərimiz isə ən azı bir dəfə dostumuzun başına gələnin şahidi olmuşuq. Əslində çoxumuz buna görə qaşlarımızla maraqlanmırıq. Yeri gəlmişkən, Bella Hadid 90-cı illərin nazik qaş modasını geri qaytarır...

Yaxşı, bu nazik qaşlar 2022-ci ildə çəkisini hiss etdirəcəkmi?

Biz əmin deyilik. Lakin etiraf etmək lazımdır ki, o, hələ də ilk onluqdadır. Ancaq rahatlaşa bilərsiniz, digər tendensiyaların əksəriyyəti nazik qaşdan uzaqlaşır. 

OLAY sizə 2022-ci ildə bilməli olduğunuz 10 qaş trendini təqdim edir.

Qaş laminasiyası.

2022-ci ilin  trendlərindən biri də qaşların laminasiyasıdır. Bu yarı qalıcı tendensiya qaşlarınızı aylardır fırçalanmış kimi göstərir və formada saxlayır. Onun tətbiqi əslində “keratin”lə eynidir, qaşları istədiyiniz üsullarla düzəltmək və müəyyən fiksasiya maddələri ilə qalıcılığı təmin etmək əhəmiyyətlidir. Bu tendensiyanı qəbul edən məşhurlar arasında Gigi Hadid və Dua Lipa var.

Təbii qaşlar.

Bu tendensiya haqqında çox uzun izaha ehtiyac yoxdur. Çünki təbii qaş formasına əsaslanır. Kiçik düzəlişlər olsa da, nə çox nazik, nə də çox qalın olan və təbii görünən qaşlar dəbdədir.

Tüklü qaşlar.

İndiyə qədər adından söz etdirən tüklü qaşlar 2022-ci ildə tamamilə yerini möhkəmləndirir. Billie Eilishin də istifadə etdiyi bu modeldə qaşlar fırça ilə bir az düzəldilsə də, sadə qalır, bu da əslində vaxta qənaət edir!

Həcimli qaşlar.

Bu tendensiya üçün qaş laminasiyasının qalıcı olmadığını və evdə tətbiq olunduğunu deyə bilərik. Qaşları yuxarıya doğru fırçaladıqdan sonra qələmlə bir az doldurub düzəldirik. Həm təbii, həm də xoş bir görünüş təmin edən bu üsul 2022-ci ildə bolluq içində görünəcək.

Rəngi açılmış qaşlar.

Bu trendi indiyə qədər Lizzo, Lady Gaga və Kim Kardashian kimi məşhur simalarda görmüşük. Qorxulu və böyük bir dəyişiklik kimi görünsə də, bir çox insan bunu təcrübədən keçirmək və bu tendensiyanın onlar üçün necə dayandığını görmək üçün müvəqqəti  qaşlarını konsilerlə yüngülləşdirə bilər.

Qaş transplantasiyası.

Digər trendlərdən bir az fərqli olan bu qaş tətbiqi ilə Chrissy Teigen diqqət çəkib. O, İnstaqram izləyiciləri ilə paylaşdığı prosesi belə izah edib: “Saçımdan götürdüyüm kökləri qaşıma köçürəcəyik”.

Düz qaşlar.

“Nike” simvolu üslubunda olan əyri qaşlar tarixin tozlu səhifələrinə qarışır. Audrey Hepburnun klassik düz qaşları isə geri qayıdır. Zendayanın da istifadə etdiyi bu qaş forması 2022-ci ilin vacib qaş trendlərindən biridir.

Rəngli qaşlar.

Rəngarəng və əyləncəli görünüşləri sevənlər üçün ideal trenddir. Bu trend sayəsində makiyajınızdakı rəngləri qaşlarınıza tətbiq edə biləcəksiniz.

90-cı illərin qaş modelinə qayıdış.

90-cı illərin aşağı doğru əyilən və nazik qaşları Bella Hadidlə geri qayıdır. Yəni buna hazırsınız?

Tülkü gözləri.

Bu tendensiya yeni olsa da, makiyaj mütəxəssislərinin illərdir istifadə etdiyi texnikalar əsasında tətbiq olunur. Bir lentin köməyi ilə qaşlar geri çəkilir. Bu da üz və göz formasının dəyişməsinə imkan verir. Həmin trendin nümayəndələri arasında Kaia Gerber və Kendall Jenner var.