Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin növbəti paylaşımı gündəm olub.
OLAY yazır ki, onun instaqramda yeni fotolarına qeyd etdiyi şərh diqqət çəkib.
Nəsrin “Bütün ... – ları (qeyri -etik ifadə) geridə qoyduğunuz bir bazar günü olsun”, - deyə, vurğulayıb.
Aktrisanın bir müddətdir ayrıldığı iddia olunan sevgilisi Gökhan Alkana söz atdığı söylənilib. Həmçinin, Nəsrinin aktyorla fotolarını silməsi də bu xəbərləri təsdiqləyib.
Qeyd edək ki, əvvəlcə Gökhan Nəsrini instaqramda izləmədən çıxarıb, birgə fotolarını silmişdi. Aktrisa Gökhanla paylaşımları səhifəsində saxlayırdı. Lakin o da eyni addımı atıb və Alkanla “körpüləri yandırıb”.