Dünən Azərbaycanın üç tanınmış blogeri ilə instaqramda kifayət qədər populyar olan “Birkahvebingiybet” adlı maqazin səhifəsi arasında qalmaqal yaranıb.
OLAY yazır ki, tez-tez xarici və yerli şou dünyası, həmçinin blogerlərin fəaliyyətindən xəbərlər yayan hesab bu dəfə Səbinə (Sabi) Orucovanın replika geyimi barəsində paylaşım edib.
İddiaya görə, buna qəzəblənən Sabi və iki tanınmış rəfiqəsi sözügedən səhifədən şikayətçi olub. Nəticədə səhifə bağlanıb.
Bunun ardınca sözügedən maqazin hesabının izləyiciləri də Sabinin hesabına kütləvi axın edərək instaqramını spamlayıb. Orucovanın hesabı da bağlanıb.
Səhifənin bağlanmasında isə Sabi və digər iki populyar şəxsin Aynişan Quliyeva və Asya Fuadın (İsmayılova) əli olduğu bildirilib.
Asya Fuad
Sosial media, eyni zamanda KİV, bloger nümayəndələri bağlanan maqazin səhifəsinə dəstək paylaşımları edib. Türkiyədə yaşayan xanım tərəfindən idarə edilən hesab yenisi ilə əvəzlənib, “Bir kahve bin giybet yedek” adlı səhifə qısa müddətdə 20 mindən çox izləyici toplayıb.
İddiaya görə, bunun ardından A. Quliyeva səhifəyə dəstək paylaşımı edən tanınmış şəxslərə yazaraq dəstək postunu silməyi tələb edib. Onun arzusunu yerinə yetirməyənləri isə izləmədən çıxarıb.
Aynişan Quliyeva
Aynişan instaqramda post paylaşaraq “Kimlərin kimin yanında gözü kölgəlidir, bu açıq şəkildə nümayiş olundu. Çox pis yandırdız”, - deyə vurğulayıb.
OLAY ittihamlara cavab almaq üçün Sabi və Aynişanla əlaqə saxlayıb.
Quliyeva zəngləri cavabsız qoyub. Sabi isə iddialara belə şərh verib:
“İllərdir səhifə işlədirəm, hələ belə hallarla qarşılaşmamışdım. O, hər zaman mən və rəfiqələrim haqda pis postlar paylaşır. Qəbul etməsə də, insanların mənliyinə və ləyaqətinə toxunacaq olan sözlər yazır. Biz “public” səhifə işlədiriksə, bu, o demək deyil ki, hamı ağzına gələni yaza, təhqir edə bilər. O isə sırf blogerlərə əks paylaşımlar edir. Bu günə qədər heç nə etməmişik, susmuşuq. Həmin insan mənimlə bağlı bir paylaşım etdi, onu sətiraltı mənasını anladım, izləmədən çıxardım. Heç nə yazmadım. Daha sonra, bir gün əvvəl məni tərifləyən insan səhəri gün mənimlə bağlı status yazır, xoş olmayan bir xitab edir. Mən də onu gördüm, özünə yazdım ki, bunu mənə bildirsən, izləmədən çıxma səbəbimi deyərdim.
Onunla mesajlaşmalarımız məndə də var. Bir müddət sonra onu “kısıt”ladım. Çünki mesajlaşma səviyyəsini itirirdi. Heç bloklamadım. Ona bildirdim ki, mənimlə bağlı paylaşım etməyini istəmirəm. Çünki bizi hər kəs paylaşır, bir çoxu icazə alır. Bu bir mədəniyyətdir. Belə də olmalıdır. Mən qadağan etdikdən sorna, “paylaşaram, görərsən” kimi qıcıqlandırıcı sözlər dedi. Dedim, paylaş, gör nə olur. Mən də paylaşdığı şəkillərimlə bağlı instaqrama müraciət etdim, şikayət etdim! Hansı səbəbdən şikayət etdiyim meildə qalıb, sübutlarım var.
Aynişana iki-üç gün əvvəl söz atmışdı. Onun da haqqı idi. O, da öz profilindən özü haqda olan paylaşımları şikayət etdi. O, öz profilindən mənim adıma şikayət göndərə bilməz. Bu, real deyil. Ancaq öz şəklidirsə, instaqram bağlayır. Həm də haqlı səbəb göstərməlisən. Mən də səbəb kimi öz şəkillərimin paylaşılmasını istəmədim. Şikayət etdim, geri meil gəldi. Bildirildi ki, şikayətiniz əsaslı qəbul edildi və şəkillərinizi sildik. Mənim həmin səhifədə bir neçə postum bu səbəblə silindi. Daha sonra bildirildi ki, başqa postların da var. İkinci dəfə də şikayət etdim ki, onları da silsin. Ona görə ki, həmin səhifədə yer almaq istəmədim. İddia olunur ki, guya tənqidi qəbul etməmişəm. Bu, səhvdir, yalandır. O deyir ki, səhifəsində təhqirə icazə vermir, kiminsə xarici görünüşünü ələ salmıram.
Amma bu yaxınlarda Asyanın xarici görünüşünü ələ salmışdı, təhqirli şərhlər silinməmişdi. Mən də ona görə izləmədən çıxardım. Mənə səhifəmin niyə bağlanması barədə meil gəlib. Səhifəmi spam ediblər, 24 saat sonra bilinəcək ki, nə səbəbə şikayət ediblər. Qeyd ediblər ki, təxminən axşam 20-21:00-da qaytaracağıq. Məndə “mavi tık” yoxdur, onun səhifəsini bağlatdıra bilmərəm. Bunun üçün böyük səbəb lazımdır. Mən sadəcə şikayət göndərmişəm. Qarşılıqlı spam etdiyimiz üçün instaqram hər iki səhifəni araşdırır”.
Bəs, görəsən Türkiyə vətəndaşı olan xanım Azərbaycanda yaşayan biri barədə şikayətçi ola bilərmi?
Türkiyə və Azərbaycan Daxili İşlər Nazirliyi sıx əməkdaşlıqda olduğunu nəzərə alaraq sözügedən şəxs Bakıda yaşayan üç bloger barədə şikayətçi olmağı mümkündür.
Bəs “Birkahvebingiybet” səhifəsi hansı halda məhkəməyə müraciət edə bilər?
OLAY mövzu barədə hüquqşunas Babək Həmidovdan rəy alıb:
“Həmin şəxslərin onun hesabını bağlatdırması barədə sübutu varmı? Birinci növbədə sübutlar təyin olunmalı, daha sonra şikayət edəcəyi şəxslərin ev və qeydiyyat ünvanı və hesabı bağlanan insana dəyən ziyanın miqdarı müəyyənləşməlidir. Mənəvi psixoloji zərər və yaxud başqa məsələlər də qeydə alına bilər. Bundan sonra qeydiyyatda olduqları ərazidə məhkəməyə müraciət mümkündür”.