Olay
Olay

Gökhan Nəsrinin sözü ilə hərəkət edir?

Gökhan Nəsrinin sözü ilə hərəkət edir?

Tanınmış türkiyəli aktyor Gökhan Alkanın əvvəllər eyni layihədə yer aldığı həmkarlarını İnstaqramda izləmədən çıxarıb.

OLAY yazır ki, sənətçinin bu addımı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Çoxu bunun düzgün olmadığını vurğulayaraq Gökhanı tənqid edib. Hətta Alkanın bunu nişanlısı azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin təkidi ilə etdiyini deyənlər də var.

Qeyd edək ki, sonuncu dəfə Gökhan “Kalp yarası” serialında rol alıb. Onun tərəf müqabili Yağmur Tanrısevsin idi. O, həm də “Yasak elma”da birgə rol aldığı Eda Eceni də izləmədən çıxarıb.