WOW
WOW

“Axmaq deyiləm ki, o sualı verim”

“Axmaq deyiləm ki, o sualı verim”

Aparıcı Zümrüd Bədəlova qalmaqala səbəb olan sual barədə açıqlama verib.  

Z. Bədəlova OLAY-a danışaraq mövzunun çox şişirdildiyini, tənqidlərin mənasız olduğunu bildirib:

“Tənqidlər çox mənasız və məntiqsizdir. Əslində, mən çaşmadım. Bizim əvvəlcədən söhbətimiz oldu. Nəvə babasına çox bənzəyirdi, o kadrlardan da danışdıq. Soruşdum ki, evdə babanızdan qalma nəsə yoxdur? Yəni bir foto, ya da nəsə başqa şey?! O da dedi ki, mən böyüyənə yaxın babama bənzəmişəm. Biz bu söhbətləri efirdən əvvəl etmişdik. Həmişə səmimi söhbət əsnasında suallar olur, dedim ki, onu görmüsüz? Yəni bir şəkli, ya da yadigarı soruşdum. O da özü başa düşmədi, çaşdı.

Sonra da redaktor dedi ki, qonaq gəlir, mən də üzümü çevirib getdim, yoxsa düzəliş edərdim. Burada böyük faciə yoxdur. Heç başqa şeylərdən bu qədər yazılmır. Hər halda axmaq deyiləm ki, 100 il əvvəl ölən adam üçün “babanı görmüsəndeyim? Sual bir az gülməli çıxdı, bunu mən də anlayıram. Amma o mənada verilməmişdi. Bizim söhbətlərimiz oldu, dedim ki, görmüsüz onu? Söyləmədim ki, həyatda görüb, qucaqlamısan... Biz nə görmüşük ki, onun haqqında? Yaxşı ki, iki-üç kadr var. Mənim babamın babasının evdə şəkli var. Fakt olaraq onu görmüşəm. Bunu çox da şişirtməyək, bir az zarafatlaşsınlar, sonra yaddan çıxacaq”.

Qeyd edək ki, Zümrüd ötən gün aparıcısı olduğu “Xəbər Ətər” proqramında şair Əhməd Cavadın nəvəsi Anar Axundzadəyə verdiyi sualla gündəmə gəlib. Aparıcı ona “babanıza çox bənzəyirsiniz. Onu görməmisiz” sualını vermiş, qarşı tərəf “yox, 1937-ci ildə güllələnib”, - deyə, cavablayıb. Bundan sonra Bədəlova tənqidlərə məruz qalıb.