WOW
WOW

Rəsul Çunayev üçüncü dəfə ali təhsil alacaq

Rəsul Çunayev üçüncü dəfə ali təhsil alacaq

Azərbaycanlı Dünya və Avropa çempionu Rəsul Çunayev üçüncü dəfə universitetə daxil olub.

OLAY yazır ki, o bu barədə sosial media hesabında məlumat verib:

“Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə, anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var. Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir.

İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasız deyə verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir”.

Qeyd edək ki, R.Çunayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzundur. İkinci dəfə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

O, hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində çalışır.