WOW
WOW

“Azərbaycan gözəli olmaq üçün qonaqlarla kontakt vacibdir” - Açıqlama

“Azərbaycan gözəli olmaq üçün qonaqlarla kontakt vacibdir” - Açıqlama

Günlərdir sosial şəbəkələrdə tənqid olunan “Miss & Mister Azerbaijan-2021”milli gözəllik yarışmasının qalibləri barədə rəsmi açıqlama verilməyib. 

Yarışmanın koordinatoru Ayla Mais OLAY-a açıqlamasında M.Babayevanın yalnız mammoplastika əməliyyatı etdirdiyini və dodağında gel olduğunu söyləyib: 

“Bunu danmır, özü də qəbul edir. Milan modeldir, çəkilişlərdə iştirak edir, firmalarla çalışır. Modellərin də 90 faizi plastik əməliyyatlar, müxtəlif prosedurlar etdirirlər. Çünki onların işidir. Bizi tənqid edirlər ki, təbii gözəl olmalıdır. Biz də istəyirik, təbii gözəl olsunlar. Gəlsinlər, seçək. Tək xarici görünüş önəmli deyil.

Təqdimat da mühimdir. Yeriməyi, münsiflər heyəti və qonaqlarla kontaktı vacibdir. Milan diqqəti özünə cəlb edə bilib. Qonaqlar da onu bəyəndilər. İndiki dövrdə tam təbii, hətta saçı rənglənməmiş xanım tapmaq çətindir. Bilmirəm, haradan tapmaq olar? Bizim də vaxtında şərtlərimizdən biri əməliyyatsız, tam təbiilik idi”.

Qeyd edək ki, oktyabrın əvvəlində seçilən birincilər Tengiz Rüstəmxanlı və Milan Babayevadır.