Show TV-də yayımlanan “Üç Kuruş” serialı ilə bir müddətdir ekranlarda olan və həmkarı Gökhan Alkanla eşq yaşayan aktrisa Nəsrin Cavadzadə KİV-in suallarını cavablandırıb.
OLAY yazır ki, gözəllik mərkəzindən çıxarkən görüntülənən aktrisa tezliklə yekunlaşacaq serialından sonra dincələcəyini deyib:
“Çox yoruldum, məzuniyyətə çıxacağam. Onsuz da keçən mövsümdən çox yorğun başladım. Qoca pişiklərim var, bir müddət onlara baxacam.
Pişiklərim qocalıb, 16 yaşında 3 pişiyim var. Çox xəstəlikləri var, çox işləyə bilmirdim. Onlara qayğı göstərdiyim üçün”.
O, nişanlısı Gökhan Alkanla nə vaxt evlənəcəyi barədə verilən sualları belə cavablandırıb:
“Anam o qədər soruşmur. Nə vaxt evlənəcəyimi anamdan çox soruşursan. Bu qismətdir, görək! Ağlımda heç bir tarix yoxdur, olsa deyərəm”.