Kanadanın keçmiş Baş naziri Castin Tryudo və müğənni Keti Perri birlikdə yaxtada görüntüləniblər.
OLAY yazır ki, sosial şəbəkələrdə yayılan fotolar böyük maraq doğurub.
Qeyd edək ki, Keti Perri qısa müddət əvvəl aktyor Orlando Blumdan ayrılıb. Hələlik nə Tryudo, nə də Perri bu görüntülərlə bağlı açıqlama verməyib.