Son günlər istefa xəbərləri gündəmə gələn Azərbaycan Televiziyasında kişi aparıcılara verilən təlimat diqqət çəkib.
OLAY-ın əldə etdiyi məlumata görə, kanalda üzüqırxıq olmayan şəxslərə efirə çıxmağa icazə verilmir. Ya üz təmiz olmalıdır, ya da saqqal çox cüzi olmalıdır.
Aparıcı Rəvan Rəd AzTV-yə gələndə uzun saçlı və saqqallı olsa da, bir müddət sonra ona təlimat verilib ki, imici “AzTV standartları”na uyğun olmalıdır. Yalnız bu halda kanalda qala bilər.
O, hazırda “Telesəhər” proqramında aparıcılıq edir.
Tanınmış aktyor və rejissor Vüsal Hacıqədir isə saqqalını kəsmədiyi üçün “Agent 001” verilişinin yayımı dayandırılıb.
Şəhriyar Əbilov da “Bir AzTV” proqramına aparıcı kimi gələndən sonra uzun illərdir ona yoldaşlıq edən saqqalından qurtulub və imicini dəyişib.
Qeyd edək ki, saçını kəsdirənlər sırasında "Telesəhər"in digər aparıcısı Tofiq Həsənsoy da var.