Avroviziya qalibi Nigar Camal yeni layihəsini təqdim edib.
OLAY yazır ki, “Axtarmasan” adlı mahnının sözləri şairə Nazilə Səfərliyə, musiqisi Pərviz Hüseynə aiddir. Sənətçi yeni proyekti üçün kamera qarşısına da keçib.
50 nəfərlik komandanın çalışdığı ekran işi Bakıda lentə alınıb. Klipdə Nigar 6 libas dəyişib. Layihəni Ramin Niftəliyev ekranlaşdırıb.
Klipin əvvəlində Nigar Camal onun rəqsi ilə viral olan Samir Piriyevin “Matanı” mahnısından istifadə edib.